Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

 

Şamaxı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı və emalı təşkil edir. Ümummilli lidermiz Heydər Əliyevin rəhbərliyi ilə 1993-1996-cı illərdə aparılmış məqsədyönlü siyasət və həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuşdur ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırmışdır.

Hal-hazırkı dövrdə Şamaxı respublikamızın iqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan rayonlarındandır.


KƏND TƏSƏRRÜFATI

Şamaxı rayonunda əhalinin əsas fəaliyyət sahəsi kənd təsərrüfatıdır. Rayon üzrə torpaq islahatları başa çatdırılmış və torpaqlar kənd sakinlərinə paylanmışdır. 2021-ci ildə rayonda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi 94,6 milyon manat olmuşdur.

Rayon əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan bitkiləri, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri ilə vaxtilə böyük şöhrət qazanmışdır. Üzümçülük əsasən dəmyə xarakteri daşıyır. Keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonumuzda üzüm bağlarının sahəsi 1921 hektara çatdırılmışdır. Yeni üzüm bağlarının salınması işi davam etdirilir.

Rayonun hər yerində dənli bitkilər əkilir. Son illər taxıl əkinlərinin sahəsi xeyli genişləndirilmişdir. Əsasən, buğda əkinləri üstünlük təşkil edir. 2021-ci ilin məhsulu üçün əkilmiş dənlilərin 33111,9 hektarı yığılmış, 66973,3 ton məhsul istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 20,2 sentner olmuşdur.

Ölkəmizdə ərzaq bolluğunu yaratmaq və rayona investisiyanın cəlbedilməsi məqsədi ilə rayon ərazisində yaradılmış aqroparklarda xeyli işlər görülmüşdür.

- 42 525,6 ha-da (Şamaxı 14890,4ha) “Pasha Holding”in aqroparkı yaradılmış, 11,5 min tonluq taxıl anbarı inşa edilmiş, 7000 ha sahədə “pivot” suvarma sistemi quraşdırılmış, 94 ədəd texnika-aqreqat alınmış, 115 min tonluq taxıl anbarı tikilmiş, 5680,0 hektar ərazidən 2840,0 ton (5,0 sent/ha) buğda istehsal edilmiş. 

- 4348,6ha-da (Şamaxı 2723ha) “Azərsun Holdinq” MMC-nin aqroparkı yaradılmış, 2600 hektar sahədə “pivot”, 100 ha sahədə “damlama” suvarma sistemi quraşdırılmış, 130 ədəd texnika-aqreqat alınmış, 5000 başlıq heyvandarlıq kompleksi inşa edilmiş, 1693,8 hektar ərazidən 3013,1 ton (17,8 sent/ha) buğda, 445,5 hektar ərazidən 513,7 ton (11,5 sent/ha) arpa, 8275 ton yonca, 16551,6 ton süd, 368,0 hektar qarğıdalı, cari ilin yazında 97 hektar sahədə yonca və 238,0 hektar sahədə şəkər çuğunduru əkilmişdir;

- “Aqro Fresh” MMC - ərazisi 1495 ha, 482 ha sahədə “pivot” suvarma sistemi qurulmuş, illik istehsal gücü 6 min ton olan yem zavodu yaradılmış, 1190 başlıq heyvandalıq kompleksinin inşası isə davam etdirilir. 2020-2021 təsərrüfat ilində 1887 ton qarğıdalı, 330 ton arpa və 100 ton buğda istehsal edilmişdir;

Dağlıq sahələrdə yerli istehlak xarakteri daşıyan kartofçuluqla da məşğul olurlar. Tərəvəz-bostan məhsulları istehsalı da yerli istehlak xarakteri daşıyır.

Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Rayonun yay və qış otlaqlarında qoyunçuluq və maldarlıq inkişaf etdirilmişdir. Bu baxımdan heyvanların sayı və heyvandarlıq məhsulları istehsalının həcmi də ilbəil artır. Quşçuluq və arıçılıq da inkişaf etdirilmişdir.

2003-cü ildən etibarən aqrar sahədəki artım sürətlə inkişaf etməkdədir. 2021-ci ildə iri buynuzlu mal-qaranın sayı 28509 başa, xırda buynuzlu heyvanların sayı 115785 başa, quşların sayı 218342 başa, arı ailələrinin sayı 14606 başa çatdırılmışdır. 2021-ci ilin ötən dövrü ərzində ət istehsalı 4263 ton, süd istehsalı 37476,6 ton, yumurta istehsalı 223172 min ədəd olmuşdur.

Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi xüsusi diqqət mərkəzində olmuşdur. 2003-2021-ci illər ərzində Sahibkarlığa Kömək Milli Fondun tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 405 sahibkara 23141,3 min manat məbləğində güzəştli kreditlər verilmiş, bunun nəticəsində rayonda 1411 yeni iş yeri yaradılmışdır.

Respublikamızda kənd təsərrüfatı sahəsində ciddi islahatların aparılması, xüsusilə kənd əməkçilərinə dövlət qayğısının artırılması bu sahənin geniş potensiala malik olduğunu sübut etmişdir. Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli və 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarlarına uyğun olaraq 2022-ci ilin məhsulu üçün 2020-ci ilin payızında rayon üzrə 30570 hektar sahədə aparılan buğda və çəltik səpininə görə, habelə sərf olunan yanacaq və motor yağlarına görə istehsalçılara 1 563,7 min manat yardım verilmişdir.

BANKLAR

Sahibkarlığın inkişafı, bank-maliyyə işinin daha da təkmilləşdirilməsi məqsədi ilə rayonda “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “AGBank”, “Rabitəbank” və “Xalq Bank”ın filialları fəaliyyət göstərir. Bu filiallar fiziki və hüquqi şəxlərin pul vəsaitlərinin depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq, fiziki və hüquqi şəxslər üçün hesablar açmaq və aparmaq, fiziki və hüquqi şəxslərə kredit vermək imkanlarına malikdir. Həmçinin onlar respublikadaxili və respublikadankənar pul köçürmələrini ikitərəfli həyata keçirir, əhalini pensiya və müavinətlə təmin edir və digər bank xidmətlərini həyata keçirirlər.

Təmir-tikinti, abadlıq işləri

2004-2008, 2009-2013 və 2014-2018, 2019-2023-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində son illər rayonda çoxsaylı istehsal müəssisələri, Heydər Əliyev Mərkəzi yaradılmış, Ümummilli Liderin adını daşıyan park salınmış və abidəsi ucaldılmışdır. “ASAN xidmət” və Müalicə Diaqnostika Mərkəzləri, YAP rayon təşkilatı üçün inzibati bina, Şəhər İncəsənət Təhsili Mərkəzi, “Shamakhi Palace Sharadil” mehmanxanası, “Şirvan Şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi tikilmiş, “AzQranata” MMC-nin üzümçülük təsərrüfatı, Dəmirçi kəndində turizm infrastrukturu, o cümlədən Etnoqrafiya Muzeyi, Safari Parkı yaradılmış, Olimpiya Mərkəzi, “Cümə” məscidi, Şamaxı Astrofizika Rəsədxanası, 130 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi və “Şirvan” mehmanxanası yenidən qurulmuş, Şahxəndan türbəsində bərpa-konservasiya işləri aparılmış və Pir Ömər Sultan ziyarətgahının bərpası məqsədilə tədqiqat işləri görülmüşdür;

2021-ci ildə rayonda “Pirsaat Baba” ziyarətgahı və məscid kompleksi, Şamaxı yol ötürücü qovşaqları və şəhər parkının yenidən qurulması, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Fillokseraya davamlı calaq üzüm əkin materiallarının istehsalı üçün calaq kompleksi, 408 şagird yerlik Çarhan kənd tam orta məktəbi, 80 yerlik körpələr evi-uşaq bağçası, Şamaxı Yaradıcılıq Mərkəzi”, Şəhər stadionu, Meysəri kəndində Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi və 35/10 kV-luq “Çuxuryird-II” yarımstansiyası inşa edilərək istifadəyə verilmişdir;

Şəhid ailələri və müharibə əlilləri üçün 84 mənzilli 4, Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc məcburi köçkün ailələri üçün 16 mənzilli 1, evləri qəzalı vəziyyətdə olan şəhər sakinləri üçün 51 mənzilli 1 yaşayış binası və əlavə olaraq 2013-2019-cu illərdə torpaq sürüşmələri nəticəsində inşasına zərurət yaranmış 322 fərdi yaşayış evindən 83-ü tikilmişdir;

Bunlardan əlavə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gənc məcburi köçkün ailələri üçün 16 mənzilli 1 yaşayış binası, Məlikçobanlı kəndində 360 şagird yerlik, Birinci Çaylı və Quşçu kəndlərinin hər birində 200, Avaxıl kəndində 160, Meysəri kəndində 132 şagird yerlik tam, Dədəgünəş kəndində 80 şagird yerlik ümumi orta məktəb binaları, Şamaxı şəhərində 100 yerlik və 110 yerlik, Şəhriyar qəsəbəsində 110 yerlik, Quşçu və Meysəri kəndlərinin 40 yerlik körpələr evi-uşaq bağçaları, Həmyəli, Birinci Çaylı, Quşçu, Mərzəndiyyə, Avaxıl, Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri inşa edilmiş, Qaleybuğurd və Günəşli kəndlərinin hər birində 160 şagird yerlik tam orta məktəblərin, 210 şagird yerlik Şamaxı Texniki Humanitar və Təbiət Fənləri Təmayüllü liseyin binaları əsaslı təmir olunmuşdur.

Ərazi vahidlərinin 20,6%-nin elektrik təsərrüfatı, 35/10 kVluq 2 yarımstansiya yenidən qurulmuş, 35/10 kV-luq 4 yarımstansiya tikilmişdir;

Qazlaşması nəzərdə tutulmuş 61 ərazi vahidindən 51-i (82,3%) və 21 760 ev təsərrüfatından 20 940-i (96,2%) qazlaşdırılmışdır. Hazırda 2 kənddə qazlaşdırma işləri davam etdirilir.
Ərazi vahidlərinin  60,3%-i əsaslı təmir edilmiş avtom obil yolları ilə əhatə edilmişdir;

02.10.17-ci ildə ölkə başçısının iştirakı ilə su və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimi keçirilmişdir. Yay aylarında içməli su təchizatında fasilələrin aradan qaldırılması məqsədi ilə alternativ su mənbəyi yaradılmış, Ağsuçayının məcrasında suqəbuledici qurğu, 2 ədəd su anbarı tikilmiş və şəhər ərazisinə 19,2 km uzunluğunda magistral su kanalı çəkilmiş, 4 kənddə içməli su şəbəkəsi yaradılmışdır;

2005-2022-ci illər ərzində 69 ümumtəhsil müəssisəsindən 49-da (71,0%) tikinti-təmir işləri aparılmış, o cümlədən 27-si inşa edilmiş, 11-i əsaslı təmir olunmuş, 11 modul tipli məktəb quraşdırılmış, 10 məktəb üçün yeni korpus tikilmişdir. Hazırda yeni tikilən 1 məktəbdə və yeni quraşdırılan 1 modul tipli məktəbdə daxili tərtibat işləri aparılır.

 

Keçidlər