Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov iyunun 23-də Şamaxıda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul rayonun Səfalı kəndlərində keçirilmişdir.
23 İyun 2022-ci il tarixində Şamaxı rayonunda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub. Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayonda fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Şamaxı rayon Mədəniyyət Mərkəzində Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb.
Rayon Mədəniyyət Mərkəzində Şamaxı Rayon İcra Hakimiyyətinin və Ağsu Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə “2023-cü il üçün Türk dünyasının turizm paytaxtı Şamaxı şəhəri miqrasiya kontekstində” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Şamaxı rayon Mədəniyyət Mərkəzində rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn və xəstəxananın kollektivi iştirak edib.
16 İyun 2022-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən növbəti səyyar qəbul rayonun Dəmirçi kəndində keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin və YAP Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Şamaxıda tədbir keçirilib.
14 iyun 2022-ci il tarixində Şamaxı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov Şamaxı şəhərindən 6 kilometr məsafədə, eyniadlı kəndin yaxınlığında yerləşən Kələxana türbələri ətrafında aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.
İyunun 12-də Şamaxıda rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, respublikanın tanınmış şair və yazıçıları, rəssamları, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə 10 iyun 2022-ci il tarixdə Şamaxı İncəsənət Təhsili Mərkəzində coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, tanınmış coğrafiyaçı-landşaftşünas Kərəmov Nurəddin Kərəm oğlunun 110 illik yubileyinə həsr olunmuş "Azərbaycan landşaft tədqiqatlarının inkişafında və coğrafiyaçı səyyahların öyrənilməsində N.K.Kərəmovun rolu" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Şamaxı Rayon İcra Hakimiyyətinin və AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə 15 İyun - "Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirilib.
8 iyun 2022-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Şamaxı rayon Mədəniyyət mərkəzində 26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
08 iyun 2022-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası Şamaxıda keçirilmişdir. “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə 20-dək vətəndaşın müraciəti dinlənilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
6 iyun 2022-ci il tarixdə Şamaxı rayon Heydər Əliyev adına parkda Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Şuşa İli”nə həsr edilən “Ruhumuzun ünvanı - Şuşa” adlı tədbir keçirilib.
Növbəti “Açıq mikrofon” aksiyası Şamaxıda keçiriləcək
Abidənin açılışında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon təşkilatının sədri Tural Qasımlı, din xadimləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ölkəmizin inkişafına öz töhfələrini verirlər.
Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin təşkilatçılığı ilə “Qoy həmişə sülh olsun” mövzusunda tədbir keçirilib. Tədbirdə mövzuya uyğun uşaq rəsmlərindən ibarət sərgi təşkil edilib, uşaqlara rəsm çəkmək üçün şərait yaradılıb.
Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan Güləş Federasiyasının və Şirvan Güləş Klubunun təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 27-28 may tarixlərində, Şamaxı Olimpiya Mərkəzində 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Şirvan Güləş Klubunun açıq birinciliyi keçirilib.
26 May 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinın Şamaxı filialının 30 illik yubileyi və “Mirzə Ələkbər Sabir: Tarixi yaddaş və müasirlik” Respublika elmi konfransı keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun sərəncamı ilə Etibar Sevincək oğlu Muradlı Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.