Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

 

  Bütünlüklə Böyük Qafqaz sıra dağlarının cənub və cənub-şərq yamaclarında yerləşən Şamaxı rayonunun təbiəti füsunkar və cəlbedicidir. Şamaxı rayonu şimaldan Baş Qafqaz silsiləsinin suayrıcısı ilə, qərbdən Ağsu aşrımı ilə cənubi qərbdən Ləngəbiz silsiləsilə, cənubdan Küdrü-Şirvan düzü ilə cənub-şərqdən Qobustan yaylası ilə şərqdən isə Pirsaat çayı boyu sərhədlənir. Inzibati ərazi bölgüsü şimaldan Quba, şimali-şərqdən Xızı, şərqdən Qobustan, cənubdan Hacqabul, cənub-qərb və qərbdən Ağsu, qərbdən və şimali-qərbdən İsmayıllı inzibati rayonları ilə həmsərddir.
     İnzibati rayonun ümumi ərazisi 154691 hektardır. Məhsuldar torpaqların ümumi sahəsi 112500 hektar, kənd təsərrüfatına yararsız torpaqların sahəsi 29897 hektar, heyvandarlıq üçün otlaqların sahəsi 40226 hektar, meşə torpaqları 12300 hektar, meyvə bağlarının ümumi sahəsi 145 hektardır.
   Rayon ərazisinin təxminən 80 faizdən çoxu aşağı və orta zonada yerləşir. Qalan ərazi isə dəniz səviyyəsindən 1500 metrə qədər yüksəkdə olan səfalı Pirqulu və yüksək dağlıq zonasında yerləşir. Rayon mərkəzinin özü isə dəniz səviyyəsindən hündürlüyü təxminən 1050 metr olan Pidrəki dağının yamacında yerləşir. Ümumiyyətlə, Şamaxı rayonunun ərazisinin dəniz səviyyəsindən hündürlüyü 135 metrdən 2500 metrə qədər dəyişir. Ən yüksək ərazi Gülümdostu zirvəsi hesab olunur.
 

Keçidlər