Şriftin ölçüsü :

Saytın rəngi :

Energetiklər Günü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Şimal-Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Şamaxı Elektrik Şəbəkəsinin əməkdaşları ilə görüş keçirilib

20 oktyabr 2026 | 18:07

20 oktyabr 2026-cı il tarixində Energetiklər Günü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Şimal-Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Şamaxı Elektrik Şəbəkəsinin əməkdaşları ilə görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək son illər ərzində rayonun elektrik təsərrüfatı sahəsində həyata keçirilən infrastrukturun yenilənməsi, innovativ texnologiyaların tətbiqi və əldə olunan nəticələr barədə söhbət açıb, həmçinin bu sahədə çalışanları peşə bayramı münasibətilə təbrik edib.

Tədbirdə digər çıxış edənlər ölkəmizdə elektrik enerjisi sistemində çalışanlara göstərilən dövlət dəstəyindən söhbət açaraq diqqət və qayğısına görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda rayonda istehlakçıların elektrik enerjisi ilə təchizatı sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə Şamaxı Rayon İcra Hakimiyyətinin Təşəkkürnamələri təqdim edilib.

Keçidlər