Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

 

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə

əlaqədar 2022-ci ildə görülən işlər haqqında

Hesabat

 

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsaslanaraq, 2022-ci ildə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.

Hesabat ilində RİH başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələri məsuliyyətinin artırılması məqsədilə bir neçə dəfə təlim keçirilmiş, həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tam mətni dövlət qulluqçularının xidməti istifadələrinə çatdırılaraq hər biri fərdi qaydada bir daha tanış edilmişdir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir. Qanunun 30.1-ci maddəsinə əsasən 2022-ci ilin sonunda Şamaxı RİH başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi aparılmışdır.

Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, 20 nəfərə dövlət qulluğunun növbəti ixtisas dərəcələri verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Mənəfov Nəsimi Həsənxan oğlu Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilmişdir.

2022-ci il ərzində rayon İcra Hakimiyyəti başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.

Hesabat ilində 9 nəfər vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə inzibati tənbeh almışdır.

 

2022-ci ildə dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:

- Dövlət qulluqçularının etik davranış qaydaları;

- “Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;

- Dövlət qulluqçularının etik davranış qaydaları: “Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”;

- “Dövlət qulluğu  haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəalar: “Dövlət qulluqçusunun hüquqları, dövlət qullugu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət”;

- Vətəndaşların müraciətlərinə baxılması işinin təşkili.

 

 

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə

əlaqədar 2021-ci ildə görülən işlər haqqında

Hesabat

 

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsaslanaraq, 2021-ci ildə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.

Hesabat ilində RİH başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələri məsuliyyətinin artırılması məqsədilə bir neçə dəfə təlim keçirilmiş, həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tam mətni dövlət qulluqçularının xidməti istifadələrinə çatdırılmışdır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir. Qanunun 30.1-ci maddəsinə əsasən 2021-ci ilin sonunda Şamaxı RİH başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi aparılmışdır.

Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, 49 nəfərə dövlət qulluğunun növbəti ixtisas dərəcələri verilmiş, 23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə 4 nəfər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Əliyev Rəşad Əlişah  oğlu Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilmişdir.

2021-ci ərzində rayon İcra Hakimiyyəti başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.

Hesabat ilində 6 nəfər vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə inzibati tənbeh almışdır.

 

2021-ci ildə dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:

- Dövlət qulluqçularının etik davranış qaydaları;

- “Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;

- Dövlət qulluqçularının etik davranış qaydaları: “Vicdanlı davranış, loyallıq, mədəni davranış, insanların və hüquqi şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət”;

- Vətəndaşların müraciətlərinə baxılması işinin təşkili.

Keçidlər