Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyəti

Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın

2022-ci ildəki fəaliyyəti barədə

 Məlumat

Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli Qanununa əsasən yaradılmışdır. Şuranın tərkibi 13 nəfərdən ibarətdir. İctimai şura mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, eyni zamanda ictimaiyyət arasında səmərəli, qarşılıqlı fəaliyyətin təşkilini yerinə yetirir. Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına, rayonda dövlət siyasətinin əhali arasında formalaşmasına, qərarların qəbul edilməsi zamanı ictimai rəyin, vətəndaşların qanuni maraqlarının nəzərə alınması işlərini həyata keçirir. Ötən müddət ərzində İctimai şura işini iclasda qəbul edilən reqlamentə uyğun olaraq həyata keçirmişdir. Şuranın gördüyü işlər mütəmadi olaraq kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində işıqlandırılmışdır.

İctimai şuranın müntəzəm olaraq ayda 1 dəfə iclası keçirilir. Ötən müddət ərzində Şuranın üzvləri rayonun təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində mövcud vəziyyətlə tanış olmuş, çatışmazlıq və nöqsanlar, həmçinin əhalinin sosial təminat tədbirlərinin təşkili və digər məsələlər Şurada müzakirə edilərək aidiyyəti üzrə rayon icra hakimiyyətinə məlumat verilmişdir.

İctimai şuranın nəzdində “Qadınlar”, “Gənclər” və “İctimaiyyətlə əlaqə”  komitələri, həmçinin 5 nəfərdən ibarət köməkçi işçi qrupu yaradılmışdır. Komitələrin tərkibinə rayonda tanınan ziyalılar və gənclər cəlb edilmişdir. İctimai şuranın təşəbbüsü ilə rayonun Mədrəsə qəsəbəsinə gedən avtomobil yolunda təmir işləri aparılmış, Şamaxı şəhərində yaşıllaşdırma marafonuna start verilmişdir. Şuranın üzvləri tərəfindən mütəmadi olaraq Şamaxı şəhərində küçə, park və söhbətgahlara, xüsusilə də şəhidlərin adını daşıyan küçələrə baxış keçirilir və ərazilərin təmizliyi diqqətdə saxlanılır.

Şurada ərizə və şikayətlərin uçotu aparılır, müraciətlər və daxil olan məlumatlar təhlil olunaraq əhali ilə müzakirə edildikdən sonra aidiyyəti üzrə məlumat verilir. Fəaliyyət zamanı ictimai iştirakçılığın bütün formalarından istifadə olunur.

Keçidlər