İnfrastruktur
Banklar
Sahibkarlığın inkişafı, bank-maliyyə işinin daha da təkmilləşdirilməsi məqsədi ilə rayonda 7 bank filialı və 2 bank olmayan kredit təşkilatı açılmışdır.Rayonda “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “AGBank”, “DəmirBank”, “Rabitəbank”, “Muğanbank” və “Xalq Bank”ın filialları fəaliyyət göstərir. Bu filiallar fiziki və hüquqi şəxlərin pul vəsaitlərinin depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq, fiziki və hüquqi şəxslər üçün hesablar açmaq və aparmaq, fiziki və hüquqi şəxslərə kredit vermək imkanlarına malikdir. Həmçinin onlar respublikadaxili və respublikadankənar pul köçürmələrini ikitərəfli həyata keçirir, əhalini pensiya və müavinətlə təmin edir və digər bank xidmətlərini həyata keçirirlər. Rayonda “Aqrar-Kredit” Bank olmayan kredit təşkilatlarının da filialları fəaliyyət göstərir.
Rayonda fəaliyyət göstərən banklarının filialları barədə məlumat
S.s | Banklar | Ünvan | Əlaqə telefonu |
1. |
“Azərbaycan Beynəlxalq Bankı”nın Şamaxı filialı |
H.Əliyev prospekti, 51 |
020-265-45-50 |
2. |
“Kapital Bank”ın Şamaxı filialı |
Gənclər küçəsi, 33 |
020-265-14-67 |
3. |
“AGBank”ın Şamaxı filialı |
S.Ə.Şirvani küçəsi, 67 |
020-265-10-26 |
4. |
“Rabitəbank”ın Şamaxı filialı |
N.Nərimanov küçəsi, 66 |
020-265-02-01 |
5. |
“Xalq Bank”ın Şamaxı filialı |
Şəhriyar küçəsi, 1 |
020-265-05-26 |