Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Tahir Nadir oğlu Məmmədov

1977-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunu İqtisadçı ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini Hüquqşünas ixtisası üzrə bitirmişdir.
   Əmək fəaliyyətinə 1999-cu ildə “Mingəçevir” Televiziya və Radio Şirkətində redaktor kimi başlamışdır. Sonralar “Uşaqların Xilası” (Save the children) Humanitar təşkilatında layihə işçisi, “Beynəlxalq Xilasetmə Komitəsi” (İRC) Humanitar təşkilatında media üzrə məsul şəxs, “Azbentonit” MMC-də texniki istehsalat şöbəsinin rəisi, “İctimai” Televiziya və Radio Yayımları Şirkətində baş direktorun köməkçisi və şirkətin İctimaiyyətlə əlaqələr və monitorinq departamentinin direktoru, Avropa Şurasının Alt Komissiyasında “İnformasiya cəmiyyətinin inkişafı” daimi işçi qrupunun üzvü, Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi, “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, “Eurovision Mahnı Müsabiqəsi Bakı 2012”-nin Kommunikasiya meneceri, Heydər Əliyev Fondunun Hüquqi və fiziki şəxslər ilə əlaqələr şöbəsinin müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədri vəzifələrində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Şamaxı Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
   Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var.

Keçidlər