Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda taxıl biçininə ilk günlərdə 38 kombayn cəlb olunub

14 iyun 2021 | 16:00

Şamaxı rayonunda qısa vaxtda 7692 hektar sahədə, o cümlədən 4142 hektarda arpa, 3550 hektarda buğda biçilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ilin məhsulu üçün 40 min 440 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 30 min 621 hektarı buğda, 9819 hektarı arpadır. İlk günlərdən zəmilərə 38 kombayn çıxarılıb. Hazırda Sabir qəsəbəsində, Göylər, Birinci Çaylı, Quşçu və bir sıra digər ərazi nümayəndəliklərində biçin sürətlə davam etdirilir.

Qeyd edək ki, hazırda zəmilərdə orta məhsuldarlıq 20,8 sentnerdir. Bu göstərici ötən ildəkindən 1,3 sentner çoxdur.

Keçidlər