Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də xalqa müraciət edib

25 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də xalqa müraciət edərək bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olaraq Kəlbəcər rayonu işğaldan azad olunub.

Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir.

Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər