Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir

15 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Şamaxı rayonunun məktəbliləri də cəlb edilmişdir. Rayonun 40 məktəblisi noyabrın 16-19-da “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında olacaqlar.

Noyabrın 15-də Şamaxıda rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək, ölkəmizdə gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışmış, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd etmişdir. O, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın, o cümlədən bölgələrin dinamik sosial-iqtisadi inkişafı barədə geniş məlumat verərək, tur-aksiya iştirakçılarına getdikləri şəhər və rayonlar haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə etmiş və mənalı istirahət arzulamışdır.

Rayon rəhbəri Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan, gənclərin vətənpərvərlik tərbiyəsindən də bəhs etmişdir.

Sonra rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, ötən tur aksiyalarda qrup rəhbəri kimi iştirak etmiş rayonun Nağaraxana kənd tam orta məktəbinin direktoru İqbal Məmmədov çıxış edərək 4-cü ildir ki, keçirilən tur aksiyanın əhəmiyyətindən danışaraq ölkəmizin bölgələri ilə yaxından tanışlığın şagirdlərdə yüksək təəssüratlar yaratdığını, dünya görüşlərinin formalaşmasında mühüm rol oynadığını qeyd etmişlər.

Şamaxı şəhər 1 saylı tam orta məktəbin şagirdi Nəzrin Məmmədova tur-aksiyada iştirak edəcəyinə görə çox sevindiyini bildirmışdir: “Ölkəmizin şimal bölgəsi haqqında xeyli məlumatım var. Tur-aksiya bu bölgəni daha yaxından tanımağıma imkan yaradacaq”.

Görüşdə valideynlər də çıxış edərək Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən tur aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışmış, uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər