Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıdakı “N” saylı hərbi hissədə 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr edilmiş görüş keçirilmişdir

18 oktyabr 2017 | 16:00

18 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Müstəqilliyi günü münasibətilə Gənclər və İdman Nazirliyi təşəbbüsü ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsələnmiş sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşü giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov iştirakçıları salamlayaraq dövlət müstəqilliyimizin bərpasının iyirmi altıncı ildönümü münasibəti ilə hərbi hissənin zabit və əsgər heyətini təbrik etmiş, Azərbaycan dövlət müstəqilliyi əldə etməsindən, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır. Bildirmişdir ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır.
Sonra Gənclər və İdman Nazirliyinin  vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, “N” saylı hərbi hissənin zabiti, kapitan Vüqar Quliyev çıxış edərək bu günün tarixinə qısa nəzər salaraq bildirmişlər ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlanmışdır. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində xalqımız böyük çətinliklərlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanılmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndər tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli və lider dövlətinə çevrilmişdir.
Görüş zamanı Gənclər və İdman naziri Azad Rəhimovun adından hazırlanmış Fəxri Fərmanlar və qiymətli hədiyyələr hərbi hidmətdə fərqlənən zabit və əsgərlərə təqdim olunmuşdur. Həmçinin, Şamaxı rayon Gənclər və İdman İdarəsi  tərəfindən hazırlanmış Fəxri Fərmanlar da iştirakçı müğənnilərə təqdim edilmişdir.
Görüşdən sonra iştirakçılar hərbi hissə ilə tanışlıq zamanı yeməkxanada əsgərlərlə birlikdə nahar etmişlər.
Daha sonra tədbir incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etmişdir.
Görüşdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildirmişlər.

Keçidlər