Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda növbəti qanvermə aksiyası keçirilmişdir

24 avqust 2017 | 16:00

Avqustun 24-də Şamaxı Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.
Talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə rayonda keçirilən növbəti qanvermə aksiyasında rayonun icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, YAP Şamaxı Rayon Təşkilatının üzvləri və rayonda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdirmişlər.
Aksiya zamanı xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donordan əvvəlcə qan analizi götürülmüş, qan vermək üçün müraciət etmiş 200 nəfərdən çox rayon sakininin isə 100 nəfərindən qan götürülmüşdür. Toplanan qan ehtiyatı yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Respublika Mərkəzi Qan Bankına göndərilmişdir.

Keçidlər