Şriftin ölçüsü :

Saytın rəngi :

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Şamaxı rayonuna səfər etmişdir

19 yanvar 2017 | 16:00

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez yanvarın 19-da Şamaxı rayonuna səfər etmişdir.
Səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə görüş keçirilmişdir. Dostluq və səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
İcra başçısı qonağa rayonun tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı və rayonda aparılan tikinti-quruculuq işləri barədə məlumatlar vermiş, rayonun inkişafından, son vaxtlar həyata keçirilən layihələrdən, fəaliyyət göstərən müəssisələrdən danışmışdır. Ölkəmizin Fransa ilə əlaqələrinin sıx əməkdaşlıq və dostluğa xidmət etdiyini vurğulayan rayon rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransada Azərbaycan mədəniyyətinin təlliği, mədəni irsimizin qorunması sahəsində çox işlər gördüyünü diqqətə çatdırmışdır. 2012-ci ildə Şamaxı və Fransanın Qayar şəhərləri arasında dostluq və mədəni mübadilələr haqqında Birgə Bəyannamənin imzalandığını, iki ölkənin şəhərləri arasında əlaqələrin möhkəmlənməsinin bütövlükdə ölkələrimizin münasibətlərinə töhfə verəcəyini qeyd edərək, şəhərlər arasında iqtisadi sahədə də münasibətlərin qurulmasının və inkişafının vacibliyini vurğulamışdır.
Səfir Fransa-Azərbaycan əlaqələrindən söz açaraq Şamaxı və Qayar arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamənin imzalanmasının, qarşılıqlı tədbirlərin keçirilməsinin xalqlarımıza bir-birinin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verdiyini bildirmişdir.
Görüşdən sonra xanım Orelia Buşez Şamaxı Cümə məscidi ilə, daha sonra rayonda fəaliyyət göstərən “Şirvan Şərabları” MMC və “Az-Qranata” MMC-nin fəaliyyəti ilə tanış olmuşdur.

Keçidlər