Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində 9 məktəbli qrupu Şamaxıdan şimal bölgəsinə yola salınıb

17 noyabr 2016 | 16:00

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarındakı  ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaları  davam edir.
Tur-aksiya çərçivəsində noyabrın 17-də Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay, Ağdaş və Mingəçevirin ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qruplar Şamaxıdan Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınmışdır.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Şamaxı şəhərinin girişindəki Qala divarlarının qarşısında keçirilən yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda müasir Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
İştirakçılar Qala divarlarının qarşısında toplanaraq musiqi sədaları altında şən ab-havada rəqs etmiş, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin çıxışlarına tamaşa etmişlər.
Yolasalma mərasimində çıxış edənlər Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışmış, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Çıxışçılar uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər