Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Şamaxı rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə görüş keçirildi

02 dekabr 2014 | 16:00

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş partiya fəalları ilə görüş keçirildi. Görüşdə YAP İdarə Heyətinin  üzvü, Milli Məclisin Aqrar siyasət  komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Elm və təhsil  komitəsinin sədri Şəmsəddin Hacıyev və Milli Məclisin deputatı Ərəstun Cavadov da iştirak edirdilər.
Bələdiyyələrə seçkiləri üzrə namizədlikləri irəli sürülən YAP fəallarının təbliğat  kampaniyası çərçivəsində keçirilən yığıncağı giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov bildirdi ki, bələdiyyə seçkilərinə YAP mütəşəkkillliklə hazırlaşır. B.Abbasov Şamaxı rayon ərazisində 29 bələdiyyə üzrə 251 yerə, 251 nəfər namizəd Şamaxı dairə seçki komissiyası tərəfindən qeydiyyata alındığını vurğuladı. YAP Şamaxı rayon təşkilatının sədri qeyd etdi ki, respublika ərazisində müxtəlif rayonlarda bu kimi təşviqat kampaniyaları keçirilir və YAP bələdiyyə orqanlarının işinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq, müxtəlif təklif və ideyaları irəli sürür.
YAP İdarə Heyətinin üzvü, Milli Məçlisin Aqrar siyasət komitəsinin sədri Eldar   İbrahimov bildirdi ki, Yeni Azərbaycan Partiyası yeni seçki texnologiyası və cəmiyyətin  tələblərini özündə əks etdirən şuarla bələdiyyə seçkilərinə hazırlaşır. E.İbrahimov  bələdiyyə seçkilərində gənclərin rolundan danışaraq bildirdi ki, gənclər cəmiyyətimizin ən aktiv üzvləridir. Bu gun dövlətimizin yaratdığı əlverişli şərait nəticəsində gənclərimiz yüksək səviyyədə təhsil alır və əldə etdikləri bilikləri təcrübədə tədbiq etmək üçün onların qarşısında geniş imkanlar açılmalıdır. YAP İdarə Heyətinin üzvü dedi ki, YAP tərəfindən təbliğat və təşviqat fəaliyyəti ilə bağlı istiqamətlər müəyyənləşdirilib.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək bildirdi ki, bundan sonra da bu istiqamətdə - konkret olaraq bələdiyyələrin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüləcək.
Milli Məclisin deputatı Ərəstun Cavadov Yeni Azərbaycan Partiyasını  Azərbaycanın hər yerində sevilən və dəstəklənən bir siyasi təşkilat olduğunu vurğuladı: “Yeni Azərbaycan Partiyası budəfəki bələdiyyə seçkilərində də gənclərə və qadınlara böyük diqqət ayırıb” deyən Ə.Cavadov qeyd  etdi ki, YAP-ın namizədləri ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də qələbə qazanacaqlar.

Keçidlər