Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 20 sentyabr 2024-cü il tarixində Şamaxı, Ağsu və Qobustan rayon sakinlərini qəbul edəcək.
Qəbul Şamaxı şəhəri, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun (Yuxarı Qala küçəsi 32) konfrans zalında saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Şamaxı, Ağsu və Qobustan rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də Agentliyin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2108) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Qəbula qeydiyyat 19 sentyabr 2024-cü il, saat 18:00-da başa çatır. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.