Şriftin ölçüsü :

Saytın rəngi :

YUĞ teatrı Novruzu Şamaxıda qeyd etdi

20 mart 2023 | 14:50

Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Azərbaycan Dövlət YUĞ Teatrının "Şəbədə" tamaşası nümayiş olunub. M.F.Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Gumrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor köməkçisi isə Məryəm Qələndərovadır. Tamaşada Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Vüqar Hacıyev, Amid Qasımov, Mətanət Abbas, Günəş Tegin,Elgün Həmidov, Ləman Mərrih, Elçin Əmirov və Ziya Ağa çıxış ediblər. Aktyorların ifası tamaşaçılar təfərindən böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.

Keçidlər