Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni tədris ilində Şamaxı rayonunda daha 2 məktəbin açılışı olub

15 sentyabr 2023 | 15:24

Yeni tədris ilində Şamaxı rayonunda 2 modul tipli məktəbin açılışı olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev Təhsil Nazirliyi tərəfindən inşa edilən 80 şagird yerlik İkinci Cabanı kənd və 96 şagird yerlik Çöl Göylər kənd modul tipli tam orta məktəblərində təhsilalanlara yaradılan şərait ilə tanış olublar, müəllim və şagirdləri 15 sentyabr - "Bilik günü" münasibətilə təbrik ediblər.

Rayona göstərilən diqqətə və görülən işlərə görə kənd sakinləri Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər