Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi Şamaxıda qeyd olunub

11 noyabr 2022 | 14:14

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi ilə bağlı Şamaxı rayonunda tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü professor Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov, şəhid ailələri, müharibə iştirakçıları və YAP Şamaxı rayon təşkilatının üzvləri iştirak edib.
Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzərək ruhuna ehtiram nümayiş etdiriblər, sonra Şəhidlər xiyabanında torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi yad edilib, xiyaban ərazisində ağaclar əkilib.
Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi siyasi və ideoloji yoldan, partiyanın yaradılmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən geniş danışıb. Natiq bu gün ölkəmizin bütün istiqamətlər üzrə dinamik inkişafında, xalqımızın rifah halının yaxşılaşdırılmasında və zəfərlərimizin əldə olunmasında Heydər Əliyev idealarının layiqli davamçısı Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyətindən söhbət açaraq bütün partiya üzvlərini yubiley münasibətilə təbrik etdi.
Digər çıxış edənlər YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasmlı, YAP idarə heyətinin üzvü professor Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, şəhid atası Rza Nəbiyev və YAP Şamaxı rayon təşkilatının üzvü Könül Məmmədova zamanın tələbi və xalqımızın təkidi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin, şərəfli və məsuliyyətli yol qət etdiyini, ölkəmizin sosial-iqtisadi və siyasi inkişafındakı xidmətlərindən geniş söhbət açdılar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, təşəkkürnamələr, partiya üzvlüyünə yeni qəbul olunmuş gənclərə üzvülük vəsiqələri və Vətən müharibəsi iştirakçılarına “Vətən Müharibəsi iştirakçısı” medalları təqdim olunub.

Keçidlər