Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilib

21 noyabr 2025 | 11:37

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında partiyanın təsis olunmasının 33-cü ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidəsinin önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq partiyanın yaradılmasının tarixi zərurətindən, keçdiyi inkişaf yolundan və bu gün ölkəmizin siyasi həyatında oynadığı mühüm rolundan söz açıb.

Sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında oynadığı misilsiz rolunu vurğulayıb. Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsininin davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatların icrasında Yeni Azərbaycan Partiyası hər zaman dövlətçilik maraqlarının təmin olunmasında, milli inkişaf strategiyasının uğurla reallaşdırılmasında aparıcı qüvvə kimi çıxış edir.

Daha sonra çıxış edənlər partiya veteranı Bəxtiyar Abbasov, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin möhkəmlənməsində, milli həmrəyliyin gücləndirilməsində və ölkəmizin davamlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Tədbirin sonunda partiya sıralarında fəallığı ilə seçilən bir qrup üzv Fəxri Fərman və hədiyyələrlə təltif edilib, həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə vəsiqələri təqdim olunub.

Keçidlər