“Yay düşərgəsi” Şamaxıda davam edir
17 iyul 2023 | 17:29
“Yay düşərgəsi” Şamaxıda davam edir
İyulun 17-si Futbolun İnkişaf Fondu, Shamakhi FC-nın təşkilatçılığı və FIFA Fondunun maliyyə dəstəyi ilə növbəti “Yay düşərgəsi”nə start verilib.
Yelo Bank, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan düşərgədə aztəminatlı ailələrdən olan 40 nəfər uşaq iştirak edir.
Şamaxı şəhərində keçirilən düşərgənin açılışında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Eyyubova, FİF-in Himayəçilər Şurasının üzvü və “Şamaxı” Futbol Akademiyasının koordinatoru Vəli Qasımov çıxış edərək iştirakçıları salamlayıblar.
Qeyd edək ki, düşərgə yeddi gün davam edəcək.