Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şamaxı rayonu ərazisində ekoloji yönümlü tədbirlər həyata keçirilmişdir

05 iyun 2024 | 17:35

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planının 4.8-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Şamaxı rayonu ərazisində ekoloji yönümlü tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq işlər təşkil olunmuşdur.

Belə ki, rayon ərazisində tullantıların idarə olunması sahəsində ekoloji vəziyyətin yaxşılaşdırılması, əhali arasında ekoloji maarifləndirmənin gücləndirilməsi, təkrar emal proseslərinə marağın artırılması, eləcə də təbii sərvətlərin qorunması məqsədilə kağız tullantılarının toplanması üzrə aksiya keçirilmişdir.

Keçirilmiş tədbirlər çərçivəsində rayonun inzibati ərazi vahidlərini, idarə, müəssisə və təşkilatları əhatə etməklə kağız tullantılarının toplanması təmin edilmiş, toplanmış tullantıların çeşidlənməsi və daşınması işləri təşkil olunmuşdur. Toplanmış kağız tullantıları təkrar emal məqsədilə “Azersun Holdinq” MMC-nin Bakı şəhərində yerləşən müvafiq təkrar emal müəssisəsinə təhvil verilmişdir.

Aksiya nəticəsində ümumilikdə 2 (iki) tona yaxın kağız tullantısı toplanaraq təkrar emala yönləndirilmişdir.

Görülmüş tədbirlər nəticəsində:

* tullantıların idarə olunması sahəsində müsbət dinamika təmin edilmiş,
* təkrar emalın əhəmiyyəti ilə bağlı əhali arasında maarifləndirmə səviyyəsi artırılmış,
* ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına töhfə verilmişdir.

Qeyd olunan tədbirlər bundan sonra da davam etdirilməsi nəzərdə tutulan ekoloji siyasətin tərkib hissəsi kimi diqqətdə saxlanılacaqdır.

Keçidlər