Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şamaxıya səfər edib

25 aprel 2024 | 14:14

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vatanabe Katsuya Şamaxıya səfər edib.

Səfər zamanı səfir Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb. Görüş zamanı Şamaxı rayonunun tarixi, Azərbaycan mədəniyyətində və poeziyasında yeri və müasir inkişafı barədə söz açılıb.

Səfir Şamaxı şəhərində yerləşən Azərbaycanın ən qədim məscidi olan Cümə Məscidinə, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına və "Şirvan Şərabları" müəssisəsinə baş çəkib.

Səfir həmçinin bir qrup Yaponiya vətəndaşları tərəfindən Şamaxıya hədiyyə edilən "Sakura bağı"na baxış keçirib və bir daha layihə iştirakçılarına təşəkkür ifadə olunub.

Keçidlər