Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində Şamaxı RİH-in təşəbbüsü ilə rayonunun Birinci Çaylı kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib

21 noyabr 2024 | 11:29

20 noyabr 2024-cü il tarixində “Uşaq hüquqları aylığı” çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonunun Birinci Çaylı kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Mehriban Eyubova, Şamaxı Cümə Məscidinin axundu Mərəhmət Mustafayev, rayon mərkəzi xəstəxanasının İlkin səhiyyə xidməti şöbəsinin müdiri Leyla Bəkirova, rayon prokurorunun böyük köməkçisi Səbuhi Məmmədov və Şamaxı Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların təşkilati işlər qrupunun inspektoru, baş leytenant Rəşad Mahmudov iştirak ediblər.

Çıxış edənlər ölkəmizdə gənc nəslin sağlam böyüməsi, keyfiyyətli təhsil alması, asudə vaxtlarını səmərəli keçirmələri üçün dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığını bildiriblər. Qeyd edilib ki, bu cür maarifləndirici görüşlərin əsas məqsədi aidiyyati qurumları cəlb etməklə uşaq hüquqlarının müdafiəsini və təbliğini gücləndirilmək, həmçinin şagirdlərin hüquq və vəzifələri barədə malumatlılığın artırılmasını təmin etməkdir. Söhbət zamanı milli-mənəvi dəyərlərin qorunması, təhsilin və savadın vacibliyi, sağlam həyat tərzi, pis vərdişlərin qarşısının alınması, erkən nikah və qohumlar arasında nikahların fəsadları, məişət zorakılığı kimi mövzular da müzakirə olunub.

Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin rayon nümayəndələri öz fəaliyyətləri haqqında məlumat veriblər və onlara Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirak vərəqələri və yaddaş kitabçaları təqdim olunub.

Keçidlər