Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Konstitusiya Gününə həsr edilmiş "Hüquqi dövlətin əsasları" mövzusunda keçirilmiş hüquq olimpiadası uğurla başa çatıb.
29 oktyabr 2022 | 13:02
Oğuz, İsmayıllı, Şamaxı və Qəbələ rayonlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Konstitusiya Gününə həsr edilmiş "Hüquqi dövlətin əsasları" mövzusunda keçirilmiş hüquq olimpiadası uğurla başa çatıb.
Ümümi nəticəyə görə Şamaxı rayonu müsabiqədə iştirakçı rayonlar arasında üçüncü yerə layiq görülüb.
Rayonumuzu təmsil edən məktəblərdən 3-ü olimpiadanın qalibi seçilib.
Məktəblər üzrə T.Ş.Kərimov adına Göylər 2 saylı tam orta məktəb 1-ci yerə layiq görülüb. Məktəbin şagirdlərindən Rəhimova Ülkər Rahib qızı, Kərimova Gülnur Samir qızı, Məmişova Aytac Qədir qızı, Zərbalıyeva Nuriyyə Səməd qızı fərqlənmə diplom və hədiyyələr ilə təltif olunub.
Şamaxı Avropa liseyi müsabiqədə 2-ci yeri əldə edib. Məktəbin şagirdi Fətəliyeva Aytac Tahir qızı fərqlənib.
Olimpiadada 3-cü yerə A.Ə.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəb layiq görülüb.
Həmçinin Şamaxı şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəbin şagirdləri Nəcəfova Aysun Samir qızı, Sadıqov İlham Rəhim oğlu, Nəbiyev Fərid Vidadi oğlu və
Şamaxı rayon Texniki Humanitar və Təbiət fənləri təmayüllü litseyin şagirdi Əkbərov Pərvaz Elnur oğlu müsabiqədə fərqləndiklərinə görə diplom və hədiyyələrlə təltif olunublar.
Rayon məktəblərindən müsabiqə iştirakçıları arasında Şamaxı şəhər 2 saylı tam orta məktəbin şagirdləri Muradov Rəvan Rəşad oğlu və Abiyev Raqif Məzahir və T.Ş.Kərimov adına Göylər 2 saylı tam orta məktəbin şagirdi Rəhimova Ülkər Rahib qızı ən yüksək bal toplamaqla fərqləniblər.
Biz də öz növbəmizdə müsabiqənin keçirilməsində Azərbaycan Konstitusiya Məhkəməsinin rəhbəliyi və aparatının nümayəndələrinə bu maraqlı layihəyə görə təşəkkür edirik. Qalibləri isə təbrik edir və gələcəkdə daha böyük nailiyyətlər əldə etməklərini arzulayırıq.