Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri və Fəxri Konsulu Şamaxıya səfər edib
24 noyabr 2023 | 14:25
Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevski və Fəxri Konsulu Mehrəli Qasımov regionlararası səfər çərçivəsində Şamaxı rayonunda olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə görüş zamanı gələcəkdə mədəniyyət, turizm və idman sahələrində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.