Şriftin ölçüsü :

Saytın rəngi :

“Türkiyə - Azərbaycan gənclərininin mübadilə proqramı” çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətində tədbir iştirakçıları ilə görüş keçirilib

17 avqust 2023 | 19:25

“Regional İnkişaf” İctimai Birliyi və Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 15-21 avqust tarixlərində ölkəmizdə “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilir.

Avqustun 16-da Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində təşkil edilən proqramın açılış mərasimi olub, qonaqlarla tanışlıq görüşü keçirilib və onlar “Azərbaycan gənclər siyasəti” mövzusunda təlimdə iştirak ediblər.

Tədbir çərçivəsində avqustun 17-də türkiyəli gənclərlə Şamaxı Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova iştirak edib.

Görüş zamanı türkiyəli gənclərə Şamaxı rayonunun tarixi və mədəniyyəti barədə ətraflı məlumat verilib, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Keçidlər