Şriftin ölçüsü :

Saytın rəngi :

"Şirvanilər Ocağı" Ədəbi Məclisinin ilk tədbiri keçirilib

02 oktyabr 2022 | 18:07

Şamaxı rayon Mədəniyyət Mərkəzində "Şirvanilər Ocağı" Ədəbi Məclisinin ilk tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Şirvan şöbəsinin rəhbəri, yazıçı, jurnalist Orxan Fikrətoğlu, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə və Şirvan bölgəsində yaşayıb yaradan şairlər iştirak ediblər. Məclisdə iştirak edən şairlər vətənpərvərlik, məhəbbət mövzularında, həmçinin yeni yazılmış satirik və lirik şerlərini oxuyub, müzakirə ediblər.

Məclisin təşkil olunmasında məqsəd bölgədə yaradıcı insanlar arasında müzakirələr, fikir mübadiləsi üçün şərait yaraqmaqdır.

Keçidlər