Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Baba Mikayılov doğma kəndində dəfn olundu

23 avqust 2023 | 20:02

23 avqust 2023-cü il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş Mikayılov Baba Balakişi oğlunun nəşinin qalıqları Şamaxı rayonunun Göylər kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Şamaxı Rayon İcra Hamimiyyətinin başçısı Tahir Məmmədov, Müdafiə Nazirliyinin müvafiq bölmələrinin hərbi qulluqçuları, rayonun huquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

Dəfn mərasimində çıxış edənlər istər birinci, istərsə də ikinci Qarabağ döyüşlərində iştirak etmiş və şəhidlik zirvəsinə ucalmış qəhraman övladlarımızın əziz xatirəsinin daima uca tutulacağını bildirdilər.

Bildiririk ki, Mikayılov Baba Balakişi oğlu 21 oktyabr 1969-cu ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub, 27 yanvar 1992-ci ildə Şuşa rayonun Daşaltı kəndində gedən döyüşlərdə itkin düşüb. Torpaqlarımız düşmən işğalından azad olunandan sonra Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqda qalıqlarının birinin Mikayılov Baba Balakişi oğluna aid olduğu müəyyən edilmişdir.

 

Keçidlər