Şamaxıda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.
26 fevral 2026 | 18:08
Şamaxıda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri soyqırımı abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzüb və faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Saat 17:00-da respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.






