Şamaxıda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri soyqırım abidəsini ziyarət etmiş, abidə önünə tər çiçəklər düzərək faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Daha sonra Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olduğunu qeyd edib, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımın beynəlxalq aləmə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb.
Tədbirdə digər çıxış edənlər Şamaxı rayon Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova Xocalı faciəsinin baş vermə səbəblərindən və onun acı nəticələrindən geniş söhbət açaraq, tarixi, hüquqi və mənəvi müstəvidən münasibətlərini bildirmişlər.