Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Vətən müharibəsi şəhidləri və qazilərinin övladlarının iştirakı ilə Yeni il konserti keçirilib

28 dekabr 2022 | 18:09

Dekabrın 28-də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Vətən müharibəsi şəhidləri və qazilərinin övladlarının iştirakı ilə Yeni il konserti keçirilib.

Tədbirdə İcra Hakimiyyəti başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Əvvəlcə mərkəzin rəssamlıq şöbəsinin şagirdlərinin rəsmləri və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra tədbir mərkəzin müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

Keçidlər