Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə idarələrarası mini futbol turniri keçirilib

14 iyun 2023 | 21:21

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə 10 may-14 iyun 2023-cü il tarixlərində Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatları arasında mini futbol idman növü üzrə turnir keçirilib.

16 komandanın iştirakı ilə gərgin və maraqlı keçən idman mübarizəsindən sonra Şamaxı Rayon Polis Şöbəsinin komandası I yerə, Şamaxı regional "ASAN xidmət" mərkəzinin komandası II yerə, Ağsu RQİİ-nin Şamaxı rayon Qaz İstismar Sahəsinin komandası isə III yerə çıxıb.

Turnirin bağlanış mərasimində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov çıxış edərək qalib komandaları təbrik edib, belə yarışların əhəmiyyətindən danışıb, gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayıb.

Sonda qalib komandalar müvafiq diplom və kubok ilə mükafatlandırılıb.

Turnirin qalib komandalarını təbrik edir, iştirak edən bütün komandalara təşəkkürümüzü bildiririk.

Keçidlər