Şamaxıda Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə ilk dəfə prezident seçilməsinin 30-cu ildönümünə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib
Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə ilk dəfə prezident seçilməsinin 30-cu ildönümünə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirildi.
Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının “91”lər hərəkatının və partiya Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və ADPU-nun Şamaxı filailının Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova çıxış etdilər.
Natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir dahi şəxsiyyət, tariximizin canlı əfsanəsi olan Heydər Əliyev haqqında müfəssəl nitq söylədilər. Qeyd olundu ki, Azərbaycanda bu gün Ulu Öndərimizin ideyaları yaşayır və daha geniş şəkildə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti bugün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə əbədi yaşayacaqdır!
Ardınca filialın tələbələr i- Fidan Abbasova və Aydan İbadovanın ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirildi.
Sonda “Tarix yazan əbədiyaşar şəxsiyyət” adlı filmin nümayişi ilə tədbir başa çatdı.