Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa keçirilib

11 dekabr 2023 | 16:14

11 dekabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlayıb.

Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayon ziyalıları və gənc partiya fəalları iştirak ediblər.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, çoxşaxəli və zəngin fəaliyyətindən, misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən geniş söhbət açıblar.

Keçidlər