Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” adlı konfrans keçirilib

08 may 2026 | 13:10

Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” adlı konfrans keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimai xadimlər və alimlər, rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri üzvləri, qazilər və gənclər iştirak ediblər.

Öncə iştirakçılar Ümummilli Liderin abidəsini ziyarət edib önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans çərçivəsində "Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda sənədli film nümayiş olunub.

Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Rəna Mirzəyeva,  “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin sədri Səkinə Babayeva, rayon Ağsaqqallar Şurasının üzvü, həkim Nəzakət  Abdulrazaqova və tədbirin keçirildiyi Şamaxı Avropa Liseyinin direktor vəzifəsini icra edən Sahil Şirinov Azərbaycan qadınının cəmiyyətimizdəki mərtəbəsini və rolunu,  onun həm tarix boyu, həm də müasir dövlət siyasəti çərçivəsində yüksək dəyərləndirildiyini qeyd ediblər. Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsi olaraq xalqın formalaşmasında, tarixin zənginləşməsində müstəsna xidməti olduğu vurğulanıb.

Müasir Azərbaycan qadınının dünyada təmsil edən Birinci vitse-prezident xanım Mehriban Əliyeva Vətənə və xalqa xidməti həyat amalına çevirən, nəcibliyi və xeyirxah əməlləri ilə əsl Azərbaycan xanımının siması olduğu qeyd olunub.

Ümummilli Liderin ideyalarının həyata keçirilməsi və onun zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması məqsədilə yaradılmış və Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində inşa olunmuş, konfransın keçirildiyi Şamaxı Avropa Liseyinə görə rayon sakinləri adından minnətdarlıq ifadə olunub.

Tədbirin bədii hissəsində Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin ifasında konsert proqramı nümayiş olunub.

Keçidlər