Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə turnir keçirilib

09 may 2023 | 17:26

08-09 may 2023-cü il tarixlərində Şamaxı Olimpiya Mərkəzində Şamaxı Rayon İcra Hakimiyyəti, YAP Şamaxı rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi və Şirvan Güləş Klubunun birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə turnir keçirilib.

Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət  ediblər.

Yarışın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov və Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Şirvan Güləş Klubunun prezidenti Oleq Andreyeviç Krapivin çıxış edərək yeniyetmə idmançılara uğurlar arzuladılar.

Yarış Dünya Güləş Birliyinin qaydalarına uyğun olaraq keçirilib. Yarışın Baş hakimi, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Qərib Əliyev təyin olnub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib gələn idmançılar Təşkilat Komitəsi tərəfindən müvafiq diplom, medal və kubokla mükafatlandırılıb.

Keçidlər