Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda "Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə tədbir keçirilib

17 iyun 2022 | 15:57

17 iyun tarixində Şamaxı Diaqnostika Mərkəzində "Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə tədbir keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn və xəstəxananın kollektivi iştirak edib.

Tədbirdən öncə ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn Ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən bəhs edərək, hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ötən pandemiya və müharibə dövründə səhiyyə işçilərinin fədakar əməyindən söhbət açmış, peşə bayramı münasibətilə onları təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirərək, cəmiyyətin inkişafında tibb işçilərinin rolunun əhəmiyyətindən geniş söhbət açaraq  peşə bayramı münasibətilə bütün səhiyyə işçilərini təbrik edib

Daha sonra çıxış edən həkimlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, həmkarlarını peşə bayramı münasibətilə təbrik etmişlər.

Keçidlər