Şamaxıda "Sevgi və Sülh" şüarı altında VI Yoqa Festivalı keçirilib
20 oktyabr 2025 | 12:53
Şamaxıda "Sevgi və Sülh" şüarı altında VI Yoqa Festivalı keçirilib.
Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirdə 200 nəfərdən çox yoqasevər iştirak edib.
Festivalda yoqa həvəskarları bu cərəyanın müxtəlif istiqamətləri ilə tanış olublar, seanslar zamanı yoqa təlimçiləri fərqli yoqa hərəkətləri ilə gündəlik həyatda gərginliklərin aradan qaldırması üsullarını öyrədiblər.






