Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda şəhidlərin əziz xatirəsi yad edilib

27 sentyabr 2024 | 18:47

Şamaxıda şəhidlərin əziz xatirəsi yad edilib.

27 sentyabr – Anım günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirin rəsmi hissəsində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid valideynləri - Rza Nəbiyev, Güllü Babaşova, Sübhan Allahverdiyev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhmət Mustafayev çıxış edərək Azərbaycan Ordusunun dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasına mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar, qəhramancasına həlak olan şəhidlərin xatirəsini yad edib, onların keçdiyi şərəfli yoldan söz açıblar. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağını yenidən ucaldan, şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin hər birinin bir qəhrəman olduğunu və bu gün olduğu kimi həmişə hər kəsin onlarla fəxr edəcəyini, qürur duyacağını bildiriblər.

Ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə baş sağlığı verilib. Eyni zamanda ilk döyüş günü şəhidlərinin ailələri ziyarət olunub.

Keçidlər