Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda şəhid və qazi övladları üçün təşkil olunan yay düşərgəsi başa çatıb

01 sentyabr 2022 | 14:27

“ƏMANƏT - Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək” layihəsinin təşkilatçılığı ilə avqustun 27-31-də Şamaxıda təşkil olunan 2-ci yay düşərgəsi başa çatıb.

Şamaxı Astrofizika Rəsədxanasındakı 5 günlük düşərgədə 36 nəfər şəhid və qazi övladı, 10 nəfər valideyn iştirak edib. Burada düşərgə iştirakçıları üçün müxtəlif seminarlar, ekskursiyalar, əyləncəli oyunlar və yarışlar təşkil olunub.

Qeyd edək ki, “ƏMANƏT - Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək” layihəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən dərhal sonra fəaliyyətə başlayıb. İndiyədək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qobustan, Şamaxı, Qusar, Sabirabad, Salyan, Neftçala şəhərlərində 200-ə qədər şəhid və qazi övladı ziyarət edilib. Ziyarət edilən zaman hər ailəyə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna görə hədiyyələr verilib.

Hazırda layihənin dəstəyi ilə 200-dən artıq şəhid və qazi övladı, eyni zamanda, həyat yoldaşları təhsil alır. 150-yə yaxın müəllim, psixoloq, loqoped, həkim və s. sahə mütəxəssisləri xidmət göstərir.

Keçidlər