Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib

06 may 2022 | 12:17

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxı rayonundakı Müalicə Diaqnostika Mərkəzində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib.

Aksiya zamanı Şamaxı və ətraf rayonlarda yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 200 nəfərə yaxın vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Bakıdan ezam edilən həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicə kursları təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

RİİB könüllülərinin təşkilati dəstəyi ilə keçirilən müayinələrin digər regionlarda da aparılması nəzərdə tutulur.

Keçidlər