Şamaxıda sakinlərin təbii qaz təchizatı ilə bağlı problemləri dinlənilib
08 iyun 2022-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası Şamaxıda keçirilmişdir.
“Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə 20-dək vətəndaşın müraciəti dinlənilib.
Şamaxı rayonunun Məlcək kənd sakini, Veteran atası Heydər Nağıyev bildirmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə fərdi yaşayış evimin qazlaşdırılması ilə bağlı müraciət etmişdim. Bu gün mən bura məhz təşəkkür etmək üçün gəlmişəm ki, qısa müddət ərzində onun göstərişi ilə mənim evim mavi yanacaqla təmin olundu.
Digər çıxışlarda sakinlər görüş zamanı fərdi yaşayış evinin qazlaşdırılması, yeni yaşayış massivinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər. Ünvanlanan hər bir müraciət Birliyin Əsaslı tikinti şöbəsinin rəis müavini Əkrəm Əkbərli və Ağsu Regional Qaz İstismar İdarəsinin (RQİİ) rəhbərliyi tərəfindən cavablandırılıb, lazımi izahatlar verilib. Bəzi müraciətlərin araşdırılması üçün vətəndaşlar Regional İdarəyə dəvət olunublar.