Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Sağlam Sabahlar Naminə” adlı tədbir keçirilib

17 iyun 2026 | 17:22

Şamaxıda “Sağlam Sabahlar Naminə” tədbiri keçirilib.

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Şamaxı Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə Şamaxı şəhərində “Sağlam Sabahlar Naminə” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Şamaxı Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Beyrək Fərəcov, Şamaxı Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Cahangir Şıxəliyev, eləcə də səhiyyə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə səhiyyə sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışaraq tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində həyata keçirilən uğurlu siyasətdən, tibbi infrastrukturun müasirləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində görülən işlərdən bəhs olunub.

Sonda səhiyyə sahəsində səmərəli fəaliyyəti və peşəkar xidmətləri ilə fərqlənən bir qrup tibb işçisinə Fəxri fərman və Təşəkkürnamələr təqdim edilib.

Keçidlər