Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda "Ruhumuzun ünvanı - Şuşa" adlı tədbir keçirilib

07 iyun 2022 | 09:01

6 iyun 2022-ci il tarixdə Şamaxı rayon Heydər Əliyev adına parkda Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Şuşa İli”nə həsr edilən “Ruhumuzun ünvanı - Şuşa” adlı tədbir keçirilib. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər.

"Bayatı- şiraz" muğamının fonunda başlayan tədbirdə çıxış edən aparıcı 2020-ci il 27 sentyabrda başlayan, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atmasından bəhs edib.

Tədbirdə respublikanın tanınmış müğənnisi Eldəniz Məmmədov, Şamaxı xalq teatrının əməkdaşları, Qobustan şəhər U.İ.M-nin balaban, ritm qrupu, Şamaxı şəhər İTM-nin ritm qrupu, rəqs qrupu, Şamaxı Aşıqlar qrupu, Muğam televiziya müsabiqəsinin laureatları Xətai Hacıyev, Nisbət Sədrayeva, Rəvan Qaçayev çıxış ediblər.

Keçidlər