Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda qısa vaxtda 11 tonadək süfrə üzümü yığılıb

16 avqust 2022 | 09:40

Şamaxı rayonunda üzüm yığımına başlanılıb və qısa vaxtda 11 tonadək süfrə üzümü toplanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə verilən məlumatda bildirilir ki, məhsul yığımı hazırda Adnalı, Çarhan, Mədrəsə inzibati ərazi dairələrində, habelə fiziki şəxslərə məxsus bağlarda aparılır. İlkin olaraq daha tez yetişən “prima” və “kardinal” süfrə sortlu üzüm yığılır. Məhsul toplanışı üçün hər gün plantasiyalara 30-40 nəfərə yaxın işçi qüvvəsi çıxır. Yığılan süfrə üzümü birbaşa yerli bazarlara çıxarılır.

Qeyd edək ki, üzümçülük Şamaxıda kənd təsərrüfatının aparıcı və ənənəvi sahələrindəndir. Hazırda bölgədə 1870 hektar üzüm bağı var ki, bunun da 1700 hektarı bar verəndir. Cari mövsümdə plantasiyalarda bol məhsul yetişdirilib. Mütəxəssislər 11 min tonadək məhsulun istehsal olunacağını proqnozlaşdırırlar.

Keçidlər