Şamaxıda qanvermə aksiyası keçirilib
28 oktyabr 2023 | 17:09
Mərkəzi Qan Bankı tərəfindən Şamaxı rayonunda talassemiya, hemofiliya kimi irsi qan və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Şamaxı Mərkəzi Xəstəxanasında keçirilən aksiyada müxtəlif yaş qruplarını əhatə edən rayon sakinləri könüllü olaraq iştirak edib və 100-dən çox nəfərdən müvafiq qaydada qan ehtiyatları götürülüb.