Şamaxıda “Qalib dövlətin qurucusu Ulu Öndər Heydər Əliyev-miqrasiya kontekstində” mövzusunda növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib
21 iyun 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının inzibati binasında Ağsu regional miqrasiya idarəsi tərəfindən “Qalib dövlətin qurucusu Ulu Öndər Heydər Əliyev-miqrasiya kontekstində” mövzusunda növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ağsu regional miqrasiya idarəsinin məsul şəxsləri, Şamaxı rayon icra hakimiyyəti başçısının müavini, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, hüquq-mühafizə orqanlarının məsul işçiləri, tibb işçiləri, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarlar iştirak edib.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olması ilə bağlı 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının əhəmiyyətinə toxunulub, dövlət müstəqilliyinin ilk illərindən ölkənin bütün sahələrində, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də çox mühüm tədbirlər həyata keçirilməsindən bəhs edilib. Həmçinin tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələləri, fəaliyyət istiqamətləri, son dövrlərdə miqrasiya sahəsində əldə edilən nailiyyətlər, göstərilən xidmətlərin tam şəffaflaşdırılması, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə həyata keçirilən uğurlu tədbirlərdən geniş məlumatlar verilərək iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.