Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

18 mart 2025 | 18:04

Novruzun gəlişi Şamaxıda yüksək əhval-ruhiyyə ilə qarşılanır.

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini tərənnüm edən ən əziz bayramı Novruzun gəlişi Şamaxıda yüksək əhval-ruhiyyə ilə qarşılanır.

Bayram münasibətilə Şamaxı şəhəri Novruz atributları ilə bəzədilib, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş tədbir təşkil olunub.

Tədbirdə rayon icra hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları ilə əsl bayramsayağı bəzədilən parkda tədbir iştirakçılarına xalqımıza məxsus qədim məişət əşyaları və sənət nümunələri, eləcə də məktəb şagirdlərinin əl işlərindən ibarət sərgilər numayiş olunub. Bayram tədbirində iştirakçılara təqdim olunan müxtəlif çeşidli milli yemək növləri və şirniyyatlar maraqla qarşılanıb. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salıblar. Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb.

Daha sonra bayram şənliyində incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri çıxış edib, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa ediblər.

Keçidlər